IGNITE inkubasiya proqramı: finalda birinci yer
29 oktyabr 2026-cı ildə yolum İRİA və ADNSU-nun IGNITE inkubasiya proqramının finalında birinci yeri tutdu və platformanın inkişafı üçün maliyyələşmə qazandı.
29 oktyabr 2026-cı ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ADNSU Startup və TTO-nun təşkil etdiyi IGNITE inkubasiya proqramının finalı keçirildi. yolum finalda birinci yeri tutdu və platformanın inkişafı üçün maliyyələşmə qazandı.
İnkubasiya müddətində nə etdik
Proqram boyunca ideyanı real bazarla yoxladıq: səyahətçilər və bələdçilərlə müsahibələr apardıq, istifadəçi personalarını müəyyənləşdirdik, rəqibləri təhlil etdik.
Biznes modelini kanvas üzərində qurduq və bazarın həcmini TAM, SAM, SOM göstəriciləri ilə hesabladıq. Bu iş platformanın necə qazanacağını və kimə xidmət edəcəyini aydınlaşdırdı.
Final
Finalda yolum-un ideyasını, biznes modelini və inkişaf planını münsiflərə təqdim etdik. Münsiflər layihəni birinci yerə layiq gördü.
Finaldan anlar
Bundan sonra
Qazandığımız maliyyələşməni platformanın inkişafına yönəldirik. Məqsədimiz dəyişmir: səyahətçilərə etibarlı yerli bələdçi tapmağı, bələdçilərə isə sabit müştəri axını və öz adına reputasiya qazanmağı asanlaşdırmaq.