Cookie-lərdən istifadə siyasəti
Qüvvəyə minib: 13.10.2026
yolum reklam və ya statistika üçün heç bir cookie qoymur — sizi internetdə izləmirik. Saytın işləməsi üçün mütləq lazım olan üç cookie var, heç biri başqa saytlara ötürülmür:
- sessionid — girişinizi saxlayır ki, hər səhifədə yenidən daxil olmayasınız. Çıxış etdikdə silinir, çıxış etməsəniz 14 gündən sonra müddəti bitir.
- csrftoken — formaları və sorğuları saxta göndərişdən qoruyur (CSRF). Sizin haqqınızda heç nə bilmir, sadəcə sorğuların əsl saytdan göndərildiyini yoxlayır.
- yd — brauzerinizi təsadüfi nömrə ilə tanıyır ki, saxta sifarişlərin və ödəniş fırıldaqlarının qarşısını ala bilək. Sizin haqqınızda heç nə saxlamır, reklam və izləmə üçün istifadə olunmur, 2 il saxlanılır.
Hər üçü saytın işləməsi üçün zəruridir, buna görə onlara ayrıca razılıq soruşmuruq — brauzerinizin öz parametrlərindən silə bilərsiniz, amma onda giriş etmək, çat və rezervasiya işləməyəcək.
Brauzer yaddaşı
Rahatlıq üçün brauzerinizin yaddaşında (localStorage) yalnız sizin cihazınızda qalan qaralamalar saxlanılır: tur yaratma formasının yarımçıq məzmunu və çatda göndərilməmiş mesaj. Bu məlumatlar serverə göndərilmir və izləmə üçün istifadə olunmur; göndərildikdən və ya saxlanıldıqdan sonra silinir. Brauzerin parametrlərindən istənilən vaxt təmizləyə bilərsiniz.
Üçüncü tərəflərin səhifələri
Bu sayt xaricində açılan səhifələr öz cookie-lərini qoya bilər və onlara yolum nəzarət etmir:
- Ödəniş səhifəsi — depozit ödənişi zamanı ePoint və bankın öz səhifəsinə yönləndirilirsiniz;
- Google ilə giriş — yalnız bu üsulu seçsəniz Google səhifəsi açılır;
- Xəritə — OpenStreetMap xəritə şəkillərini öz serverindən yükləyir, bu zaman brauzeriniz onlara qoşulur.
Onların cookie qaydaları üçün həmin xidmətlərin öz siyasətlərinə baxın.
Gələcəkdə statistika və ya digər cookie əlavə etsək, bu səhifə əvvəlcə yenilənəcək, sonra həmin cookie qoyulacaq.
Sual üçün: [email protected]. Şəxsi məlumatların işlənməsi haqqında ətraflı: Məxfilik siyasəti.