Məxfilik siyasəti
Qüvvəyə minib: 13.10.2026
1. Hansı məlumatları toplayırıq
Hesab yaratdıqda:
- E-poçt ünvanı — giriş üçün, unikal, mütləqdir;
- Ad və soyad — profildə, yazışmalarda və rezervasiyalarda göstərilir;
- Şifrə — yalnız hash şəklində saxlanılır, açıq mətn heç vaxt yazılmır;
- Foto — istəyə bağlı, siz özünüz əlavə etsəniz.
Bələdçi qismində qeydiyyatdan əlavə olaraq:
- Telefon nömrəsi — səyahətçi ilə əlaqə üçün; digər istifadəçilərə yalnız depozit ödənildikdən sonra görünür;
- Şəhər, komanda/agentlik adı və özünüz haqda mətn — profildə göstərmək üçün siz yazırsınız;
- Təklif etdiyiniz turlar — təsvir, qiymət, şəkillər, marşrut və xəritə nöqtələri;
- Yoxlama üçün təqdim etdiyiniz məlumatlar — «təsdiqlənmiş bələdçi» statusu verilərkən.
Platformadan istifadə zamanı:
- Rezervasiya sorğuları — tur, tarix, iştirakçı sayı, bələdçiyə yazdığınız mesaj, qiymət və sorğunun statusu;
- Ödəniş qeydləri — məbləğ, əməliyyat identifikatorları, ödənişin nəticəsi, kartın maskalanmış nömrəsi (yalnız son rəqəmlər) və bankın qaytardığı kart sahibinin adı. Kartın tam nömrəsini və təhlükəsizlik kodunu yolum heç vaxt görmür və saxlamır;
- Yazışmalar — çatdakı mesajlar və əlavə etdiyiniz şəkillər;
- Seçilmişlər və bildirişlər — bəyəndiyiniz turlar və sizə göndərilən sayt daxili bildirişlər.
Texniki tədbirlər üçün:
- IP ünvanı — girişi və təsdiq kodlarını sui-istifadədən qorumaq üçün, şəbəkə ünvanı kimi;
- Google hesabı ilə giriş seçdikdə — Google-dan ad, soyad və e-poçt.
2. Şəxsi məlumatların işlənməsi qaydaları
Məlumatlarınızı aşağıdakı məqsədlər üçün və yalnız bu məqsədlər üçün işləyirik:
- hesabı yaratmaq və girişi təmin etmək — hüquqi əsas: sizin razılığınız (qeydiyyat zamanı işarələdiyiniz bənd);
- bələdçi təklifini kataloqda göstərmək, sorğunu bələdçiyə çatdırmaq və tərəfləri əlaqələndirmək — hüquqi əsas: sizinlə bağlanan razılaşmanın icrası;
- depozitin qəbulu, geri qaytarılması və bələdçiyə payın köçürülməsi — hüquqi əsas: razılaşmanın icrası və maliyyə uçotu üzrə qanuni öhdəliklər;
- çatın işləməsi və mübahisələrin həlli — hüquqi əsas: razılaşmanın icrası və tərəflərin qanuni marağı;
- saxta hesab, spam və şifrə/kod perebor cəhdlərinin qarşısını almaq — hüquqi əsas: platformanın və digər istifadəçilərin təhlükəsizliyində qanuni maraq;
- sizə rezervasiya, ödəniş və hesabla bağlı bildirişlər göndərmək — hüquqi əsas: razılaşmanın icrası.
Məlumatlar Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun işlənir. Onları reklam məqsədilə satmırıq və üçüncü şəxslərə icazəniz olmadan ötürmürük — bax aşağıda, 4-cü bənd.
3. Nə qədər saxlanılır
| Hesab məlumatları (ad, e-poçt, foto) | hesab silinənədək |
| Rezervasiya və ödəniş qeydləri | qanunvericiliyin tələb etdiyi müddət |
| Yazışmalar və əlavə edilmiş şəkillər | hesab silinənədək, yazılı sorğu ilə daha tez |
| Təsdiq kodları (e-poçt və IP) | 24 saat |
| Uğursuz giriş cəhdləri (IP) | 30 dəqiqə |
| Ünvan yoxlaması qeydləri (IP) | 30 dəqiqə |
Texniki qeydlərin müddətləri avtomatik tətbiq olunur, silinməsi üçün heç nə etməyinizə ehtiyac yoxdur.
4. Kimlərlə paylaşırıq
Platformanın digər istifadəçiləri:
- bələdçi sorğunu aldıqda səyahətçinin adını, tarixi, iştirakçı sayını və yazdığı mesajı görür;
- səyahətçi bələdçinin ictimai profilini və təkliflərini görür; telefon nömrələri yalnız depozit ödənildikdən sonra qarşı tərəfə açılır;
- çat yazışmalarını yalnız onun iştirakçıları görür.
Sizin adınızdan xidmət göstərən texniki tərəfdaşlar (yalnız xidmətin göstərilməsi üçün lazım olan həcmdə):
- ePoint və bank — depozitin qəbulu. Kart məlumatlarını bu tərəflər işləyir, yolum onları görmür;
- Google — yalnız «Google ilə davam et» seçsəniz, giriş üçün;
- OpenStreetMap — xəritə və ünvan axtarışı. Xəritəyə baxdıqda brauzeriniz birbaşa onların serverinə qoşulur və IP ünvanınız onlara görünür;
- hosting və verilənlər bazası xidmətləri, şəkil və fayl saxlama xidməti;
- e-poçt göndərmə xidməti — təsdiq kodu və bildirişlərin çatdırılması üçün;
- xətaların izlənməsi xidməti — texniki nasazlıqları tapmaq üçün;
- şifrələnmiş ehtiyat nüsxə xidmətləri — məlumatların itməsinin qarşısını almaq üçün.
Qanunvericiliyin tələb etdiyi hallarda məlumatlar səlahiyyətli dövlət orqanlarına təqdim oluna bilər.
5. Sizin hüquqlarınız
- Baxmaq və düzəltmək — ad, soyad və foto profil səhifəsindən, bələdçi anketasını isə kabinetdən;
- Silmək — hesabınızı özünüz, təsdiqlə birlikdə, aşağıda izah olunub;
- Sual vermək — [email protected] ünvanına yazaraq, hansı məlumatın harada saxlandığını soruşa, razılığınızı geri götürə və yazışmalarınızın silinməsini tələb edə bilərsiniz.
6. Hesabın silinməsi
Profil səhifəsində «Hesabı sil» bölməsindən özünüz silə bilərsiniz — e-poçtunuzu yazıb təsdiqləməklə. Aktiv rezervasiyanız varsa (cavab və ya ödəniş gözləyən, ya da hələ keçirilməmiş tur, yaxud həll olunmamış şikayət), hesabı silmək olmur. Silinən hesaba daxil olmaq mümkün deyil, turlarınız kataloqdan çıxır, yazışmalarda, rezervasiyalarda və rəylərdə adınızın yerinə «Silinmiş istifadəçi» görünür. Məlumatlar bir müddət saxlanılır və müraciətlə hesabı bərpa etmək olar. Yazışmalarınızın tam silinməsini istəyirsinizsə, [email protected] ünvanına yazın. Ödəniş qeydləri isə qanunvericiliyin tələb etdiyi müddət ərzində saxlanılır.
7. Məlumatların təhlükəsizliyi
Şifrələr yalnız hash şəklində saxlanılır, sayta bağlantı şifrələnmiş kanalla həyata keçirilir, yazışmalardakı şəkillərə yalnız müvəqqəti, imzalı linklərlə giriş verilir, sistemə girişə isə məhdudiyyət qoyulub. Heç bir sistem tam təhlükəsizliyə zəmanət vermir, lakin məlumatlarınızı qorumaq üçün ağlabatan texniki və təşkilati tədbirlər görürük.
8. Uşaqlar
Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
9. Cookie-lər
Cookie istifadəsi haqqında ayrıca: Cookie siyasəti.
10. Dəyişikliklər və əlaqə
Sənəd yenilənəndə tarix yuxarıda dəyişir. Əhəmiyyətli dəyişikliklər barədə sizə bildiriş göndərəcəyik. Suallarınız üçün: [email protected].