Old city tour with vintage photos
50 ₼-dən / nəfər
Salam! Mən sizin şəxsi bələdçinizəm. Sizi Bakının tarixi və müasir gözəlliklərini kəşf etməyə dəvət edirəm. Tur zamanı İçərişəhərin qədim küçələrini gəzəcək, Qız Qalası, Şirvanşahlar Sarayı və məşhur "Brilliant Əl" filminin çəkildiyi məkanı görəcəyik. Dənizkənarı Bulvar və Müasir Heydər Əliyev Mərkəzi ilə tanış olaraq şəhərin zəngin atmosferini hiss edəcəksiniz. Hər bir qonağa fərdi yanaşma və unutulmaz xatirələr zəmanət verilir!
Bakı, İçərişəhər m/s
Metro qabağında olacağam
Turun başlamasına 48 saat və ya daha çox qaldıqda rezervasiyanı ləğv etsəniz, ödənilmiş məbləğin 100%-i geri qaytarılır. Turun başlamasına 48 saatdan az qaldıqda isə ödəniş geri qaytarılmır.
Tur 4-5 saat davam edir. İsteəyinizdən asılı olaraq vaxtı tənzimləyə bilərik.
Bəli, şəhərin ən gözəl panoramik nöqtələrində keyfiyyətli fotolarınızı çəkməyə şadlıqla kömək edərəm.
Tur tamamilə piyada gəzinti formatında keçirilir. Biz Bakının mərkəzini və İçərişəhərin dar küçələrini rahat tempi ilə addım-addım gəzəcəyik.
Yüngül yağışda tur davam edə bilər, lakin kəskin hava şəraitində vaxtı sizin üçün rahat olan başqa günə və ya saata keçirə bilərik.
Marşrut üzərində İçərişəhərin və ya mərkəzin ən atmosferli kafelərində qısa fasilə verib milli çay və ya qəhvə dadmaq imkanımız olacaq.
50 ₼-dən / nəfər
35 ₼-dən / nəfər