Lahıc Səyahəti, Qədim Sənətkarlıq, Misgərlik və Dağ Kəndi
Tur haqqında
Lahıc — İsmayıllı dağlarının qoynunda yerləşən, daş döşənmiş küçələri və qədim sənətkarlıq ənənələri ilə məşhur olan unikal bir dağ kəndidir.
Səfərimiz zamanı əsrlər boyu dəyişməyən misgərlik emalatxanalarını ziyarət edəcək, ustaların iş prosesini canlı izləyəcək və qədim küçələrdə rahat gəzintiyə çıxacağıq. Yolda İsmayıllının füsunkar dağ mənzərələrini izləyəcək, asma körpüdə fotosessiya edəcək və təmiz dağ havasından zövq alacağıq.
Gəzintimiz tamamilə tələsmədən, sizin istədiyiniz tempdə təşkil olunur. Yolboyu yerli sənətkarlıq tarixi haqqında maraqlı hekayələr danışacaq, samovar çayı və yerli dağ balının dadına baxacaq samimi bir atmosfer yaradacağıq. Proqramı tam olaraq sizin maraqlarınıza uyğun tənzimləyirəm.
Şəhər səs-küyündən uzaqlaşıb nağılvari bir dağ kəndinin atmosferini duymaq istəyirsinizsə, bu tur sizin üçün əla seçimdir. Sizi Lahıcda görməyə şad olaram!
Marşrut
Tur təfərrüatları
Qiymətə daxildir
- Səhər yeməyi və nahar
- Samovar çayı və şirniyyat
- Komfortlu avtobus
Görüş yeri
Bakı, Atatürk prospekti, Badamlı binası
Badamlı binanı gabahında
Ləğv Qaydası
Turun başlamasına 48 saat və ya daha çox qaldıqda rezervasiyanı ləğv etsəniz, ödənilmiş məbləğin 100%-i geri qaytarılır. Turun başlamasına 48 saatdan az qaldıqda isə ödəniş geri qaytarılmır.
Tez-tez verilən suallar
Lahıcda suvenir və ya mis əşyalar almaq mümkündür?
Bəli, yerli ustaların emalatxanalarından əl işi mis qablar, suvenirlər və yerli dağ bitkiləri ala bilərsiniz.
Piyada gəzinti yorucudur?
Xeyr, kənd daxilində gəzinti rahat tempdə həyata keçirilir. Yalnız küçələr daş döşəmə olduğu üçün rahat ayaqqabı geyinməyiniz tövsiyə olunur.
Hava şəraiti soyuq olarsa nə etməli?
Dağ zonası olduğu üçün havanın sərin olma ehtimalına qarşı yanınızda ilıq geyim götürməyiniz məqsədəuyğundur.
Rəylər
Hələ rəy yoxdur.