SAGE Hackathon: yolum-un ilk addımı
yolum ideyası ilk dəfə SAGE Hackathon-da təqdim olundu. Səyahətçi və yerli bələdçi problemindən platforma ideyasına necə gəldik.
Hər layihənin ilk addımı var. yolum üçün bu addım SAGE Hackathon oldu: ideyanı burada ilk dəfə münsiflərə və digər komandalara təqdim etdik.
Hansı problemi həll edirik
Səyahətçi üçün Azərbaycanda etibarlı hazır turu tapmaq və müqayisə etmək çətindir: qiymətlər şəffaf deyil, bələdçilər haqqında rəy və reytinq yoxdur.
Yerli bələdçinin isə müştəri axını qeyri-sabitdir — sifarişlər Instagram, tanışlar və otellər vasitəsilə gəlir, öz adına reputasiya toplamaq mümkün olmur.
İdeya
Hakatonda təklif etdiyimiz həll sadə idi: səyahətçiləri yerli bələdçilərlə birləşdirən, turları şəffaf qiymətlə göstərən və hər iki tərəfi qoruyan onlayn platforma. Komandamızı və ideyanı təqdim etdik — layihə hələ ideya mərhələsində idi.
Bu təqdimat sonrakı hər şeyin başlanğıcı oldu: ideyanı inkişaf etdirib IGNITE inkubasiya proqramına qatıldıq.